SON DƏQİQƏ
» » Nazir qəzada yaralananların vəziyyətini nəzarətə götürdü

Nazir qəzada yaralananların vəziyyətini nəzarətə götürdü

Tarix:

1-10-2018, 21:34

/ 10 373 dəfə oxundu.
Nazir qəzada yaralananların vəziyyətini nəzarətə götürdü

Səhiyyə naziri Oqtay Şirəliyev Bakıda baş vermiş dəhşətli qəzada xəsarət alanların vəziyyətini xüsusi nəzarətə götürüb.
GunAz.az xəbər verir ki, Bu barədə “Qafqazinfo”ya açıqlamasında nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib.

Onun sözlərinə görə, yaralı şəxslərin vəziyyəti ilə yerində tanış olmaq və onlara lazımi yardımı göstərmək üçün Sabunçu xəstəxanasının 2 uşaq travmatoloqu, 2 nervpotoloqu və Neyrocərrahiyyə Şöbəsinin baş həkimi xəstəxanalara ezam edilib.

Qeyd edək ki, bu gün 160 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən “10-TG-106” dövlət qeydiyyat nişanlı sərnişin avtobusu Xəzər rayonu, Binə qəsəbəsində hərəkətdə olan qatarla toqquşub. Hadisə nəticəsində 1 nəfər azyaşlı dünyasını dəyişib, 5-i uşaq olmaqla 34 nəfər yaralanıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ