SON DƏQİQƏ
» » "Bu mükafatı tək övladım, dünyasını dəyişmiş Aqşinə həsr edirəm"

"Bu mükafatı tək övladım, dünyasını dəyişmiş Aqşinə həsr edirəm"

Tarix:

30-09-2018, 15:26

/ 10 295 dəfə oxundu.
"Bu mükafatı tək övladım, dünyasını dəyişmiş Aqşinə həsr edirəm"

Həmyerlimiz Samara vilayətinin yüksək mükafatına layiq görülüb

“Samara Vilayəti Azərbaycanlıları Liqası" İdarə Heyətinin sədri, Rayon İctimai Palatasının üzvü Şirvan Kərimov "Samaranın inkişafındakı xidmətlərə görə fəxri nişanına layiq görülüb. Həmyerlimizin mükafatlandırılması Samara Vilayətinin İctimai Palatasının 10 illiyinə həsr olunmuş "Regionda vətəndaş cəmiyyəti institutlarının inkişafında Samara Rayon İctimai Palatasının rolu" mövzusunda keçirilən konfransda keçirilib. Yerli saytlara müsahibəsində Şirvan Kərimov vurğulayıb ki, bu mükafatı tək övladı, dünyasını dəyişmiş Aqşin Kərimova həsr edib. Xatırladaq ki, bu mükafatla Samarada ilk dəfə olaraq azərbaycanlı təltif edilib. Fəxri nişanı Şirvan Kərimova Samara Vilayətinin qubernatoru Dmitri Azarov təltif edib

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ