SON DƏQİQƏ

Həbs yerləri ilə bağlı qaydalar dəyişdi

Tarix:

27-09-2018, 10:18

/ 10 290 dəfə oxundu.
Həbs yerləri ilə bağlı qaydalar dəyişdi

Həbs yerlərinin daxili intizam qaydalarının təsdiq edilməsi barədə qərara dəyişikliklər edilib.

GunAz.az-ın məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. 

Qərara görə, “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”nın 21.3-cü bəndinin ikinci cümləsində “artırılması” sözü “uzadılması” sözü ilə əvəz edilsin.

Həmin qərarla təsdiq edilmiş “Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydaları” üzrə: 2.1. 13.3.2-ci yarımbəndə “başa çatdıqda” sözlərindən sonra “və həbsdə saxlamanın son müddəti Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 159.8-159.10-cu maddələrində nəzərdə tutulmuş qaydada uzadılmadıqda” sözləri əlavə edilir: Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 159.8- 159.10-cu maddələrində nəzərdə tutulmuş qaydada uzadılmış həbsdə saxlanılma müddəti başa çatdıqda”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ