SON DƏQİQƏ

Bu hərbçilərə diplomatik pasport veriləcək

Tarix:

25-09-2018, 12:20

/ 10 805 dəfə oxundu.
Bu hərbçilərə diplomatik pasport veriləcək

Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəlikləri nəzdində təsis edilən hərbi attaşelik aparatlarının zabit heyətinə, həmçinin beynəlxalq təşkilatlardakı hərbi nümayəndələrinə və onların müavinlərinə diplomatik pasport veriləcək.

Bununla bağlı “Pasportlar haqqında” qanuna dəyişiklik edilir.

Qanunun 6-cı (Diplomatik pasport) maddəsinə edilən əlavəyə əsasən, Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəlikləri nəzdində təsis edilən hərbi attaşelik aparatlarının zabit heyətinə, həmçinin beynəlxalq təşkilatlardakı hərbi nümayəndələrinə və onların müavinlərinə, müvafiq icra hakimiyyəti orqanının xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinə də diplomatik pasport verilir.

Dəyişiklik layihəsi Milli Məclisin oktyabrın 1-də keçiriləcək payız sessiyasının ilk plenar iclasında müzakirəyə çıxarılacaq.(report)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ