SON DƏQİQƏ

Naxçıvanda hərbi təlimlər keçiriləcək

Tarix:

17-09-2018, 13:36

/ 10 249 dəfə oxundu.
Naxçıvanda hərbi təlimlər keçiriləcək

Azərbaycan Respublikası müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, sentyabrın 18-dən 21-dək Naxçıvan Qarnizonunda yerləşən bütün birləşmə və hissələrin iştirakı ilə təlimə start veriləcək.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən GunAz.az -a verilən məlumata görə, keçiriləcək komanda-qərargah təlimi Əlahiddə Ümumqoşun Ordunun “Tam müdafiə” döyüşə hazırolma dərəcəsinə gətirilməsi, birinci eşolon birləşmələri tərəfindən düşmənin qəfil hücumlarının və diversiya-kəşfiyyat fəaliyyətlərinin qarşısının alınması, ehtiyat birləşmə və hissələrin “Həyəcan” siqnalı ilə döyüş təyinatlı rayonlara çıxarılması, müdafiə əməliyyatına hazırlıq və müdafiənin aparılması mövzularını əhatə edir.

Təlim ssenarisinə uyğun olaraq praktiki fəaliyyətə cəlb olunan birləşmə və hissələrin təlim ərazisinə çıxarılması planlaşdırılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ