SON DƏQİQƏ

“Bakı Metropoliteni” qış rejiminə keçir

Tarix:

10-09-2018, 15:15

/ 10 331 dəfə oxundu.
“Bakı Metropoliteni”  qış rejiminə keçir

Yaxın günlərdə “Bakı Metropoliteni” QSC qış rejiminə keçəcək. 

GunAz.az bildirir ki, bunu açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib. 

Onun sözlərinə görə, hazırda iş qrafikinin dəyişdirilməsinə hazırlıqlar davam edir:

“Hərəkət gur saatlarda 30 cüt qatar ölçülərinə uyğun təşkil edilməklə, xətlərdəki qatarların sayı artırılacaq və interval 2 dəqiqəyə salınacaq. Nəticədə, “Həzi Aslanov-28 May” sahəsində qatarlar arasında interval gur saatlarda 2 dəqiqəyə endiriləcək.

Sərnişinlərin əsaslı şəkildə azaldığı müşahidə olunan axşam saatlarından gecəyə doğru 2,5- 3 dəqiqə olacaq”.

Bəxtiyar Məmmədov qeyd edib ki, şənbə və bazar, eləcə də, bayram günlərində fərqli hərəkət qrafiki tətbiq olunur.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ