SON DƏQİQƏ

Sürücülərin DİQQƏTİNƏ

Tarix:

7-09-2018, 11:19

/ 10 270 dəfə oxundu.
Sürücülərin DİQQƏTİNƏ

Paytaxtın Neftçilər prospektində yol xətləri yenidən rənglənir.

GunAz.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və Bakı Nəqliyyat Agentliyinin birgə məlumatına görə, Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Neftçilər prospektinin Azneft dairəsindən Rixard Zorge küçəsi ilə kəsiməsinədək olan hissəsində üfiqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. İşlər axşam saat 22:00–da başlayaraq səhər saatlarına qədər yekunlaşdırılacaq.

Sürücülərdən rənglənmə işlərinin aparılmasına mane olmamaları üçün qeyd olunan müddət ərzində prospektdə Dənizkənarı Bulvar boyunca avtonəqliyyat vasitələrini park etməmələri, bundan başqa prospektdə gecə saatlarında hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ