SON DƏQİQƏ

Gəncənin yeni başçısından daha iki təyinat

Tarix:

3-09-2018, 15:30

/ 10 493 dəfə oxundu.
Gəncənin yeni başçısından daha iki təyinat

Gəncə Şəhər İcra Hakimiyyətində kadr islahatları davam edir.

GunAz.az Unikal.org-a istinadən xəbər verir ki, Gəncənin icra başçısı Niyazi Bayramov köməkçisi - Hacızadə Tural Yaşar oğlunu vəzifəsindən azad edərək, İnformasiya təminatı və təhlili sektoruna aparıcı məsləhətçi vəzifəsinə təyin edib.

N.Bayramovun digər əmrinə əsasən, Kamran Məhərrəmov Gəncə Şəhər İcra Hakimiyyəti başçısının köməkçisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, K.Məhərrəmov bundan əvvəl Niyazi Bayramovun Mingəçevir İcra Hakimiyyətində köməkçisi olub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ