SON DƏQİQƏ

Havada tozun miqdarı

Tarix:

31-08-2018, 11:40

/ 10 265 dəfə oxundu.
Havada tozun miqdarı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, gecə saatlarında Bakı və Abşeron yarımadasında tozun miqdarında nisbətən azalma müşahidə olunsa da, yenə də sanitar normadan 2 dəfə yuxarı olduğu qeydə alınıb.

GunAz.az xəbər verir ki, bu haqda ETSN məlumat yayıb.

Qeyd edək ki, 30 avqust 2018-ci il tarixində saat 10:00-da bu göstərici 3, 13:00-da 5,4, 16:00-da 5,6, 19:00-da 6 dəfə sanitar normadan yuxarı olub.

Xatırladaq ki, buna səbəb ölkə ərazisinə şərq, cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz-dumanının daxil olmasıdır. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ