SON DƏQİQƏ

Kaspşik təmas xəttində monitorinq keçirdi

Tarix:

28-08-2018, 15:27

/ 10 525 dəfə oxundu.
Kaspşik təmas xəttində monitorinq keçirdi

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirilib.

Bu barədə GunAz.az -a Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Göygöl rayonu istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Qeyd edək ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller keçiriblər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika və Martin Şuster aparıblar.

скачать dle 12.1

Şərhlər