SON DƏQİQƏ
» » Yeni tələbələrin qeydiyyatı başa çatır - XƏBƏRDARLIQ

Yeni tələbələrin qeydiyyatı başa çatır - XƏBƏRDARLIQ

Tarix:

27-08-2018, 10:57

/ 10 278 dəfə oxundu.
Yeni tələbələrin qeydiyyatı başa çatır - XƏBƏRDARLIQ

Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin (I mərhələdən sonra) qeydiyyatı sabah başa çatır.

Dövlət İmtahan Mərkəzindən GunAz.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər avqustun 28-i saat 17:00‑dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.

Abituriyentin təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək.

Xatırladaq ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qeydiyyatı isə sentyabrın 3-dək davam edəcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ