SON DƏQİQƏ

"Mənim Kasıb Prezidentim" yad edilir

Tarix:

22-08-2018, 08:00

/ 10 477 dəfə oxundu.
"Mənim  Kasıb Prezidentim" yad edilir

Bu gün Azərbaycanda milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyi yad edilir. Elçibəy haqqında viki mənbələrdən məlumatlar, şəkil və videolar yayan sosial şəbəkə istifadəçiləri onun ölümünü rəhmətlə xatırlayır. Azərbaycanın ikinci prezidenti olmuş Əbülfəz Əliyev 1992-ci ildə prezident seçilib və cəmi bir il hakimiyyətdə olub. Elçibəy Rusiya qoşunlarının Azərbaycandan çıxarılması və Azərbaycanın müstəqil dövlət kimi tanıdılması ilə milli tarixə düşüb. Onun dövründə ilk milli valyuta dövriyyəyə buraxılıb və ali məktəblərə qəbul imtahanları test üsuluna keçirilib. Sosial mediada təkcə bugün deyil, vaxtaşırı xatırlanan cənab Əliyev adətən "xalqını düşünən şəxsiyyət" adlandırılır.

Sosial şəbəkələrdə Elçibəy sevərlərin yayımlanan statuslarının bir neçəsini təqdim edirik:

"Ruh ölməzdir! Millətini sevənin ruhu hər zaman onunla yaşayacaq!", “Mənim kasıb prezidentim”, “Qədrini bilmədik, bağışla bizi! Nur içində yat!”, “Az da olsa, səninlə azadlığı və demokratiyanın təməli qoyuldu”, Elçibəyin qısa tərcümeyi-halını paylaşan Tural yazır ki, o, Azərbaycan tarixində xalq tərəfindən, demokratik seçkilər yolu ilə seçilən ilk prezident” olub. Muradxanlı qeyd edir ki, “Bir fağır prezident tapmışdınız. Sağdan da döşüyürdünüz, soldan da”. Polad onu "böyük türk” adlandırıb. Bəzi sosial şəbəkə istifadəçiləri müxalifətin mübahisəli "vahid namizəd" seçimləri ilə Elçibəy barəsində söhbətləri əlaqələndirib. "Hətta rəhmətlik Elçibəyi belə 1998-də vahid namizəd olmağa qoymadılar...". Əbülfəz Əliyev 1938-ci ildə Naxçıvanın Ordubad rayonunun Kələki kəndində doğulub. 70-ci illərdə Azərbaycanda dissident siyasi fikrin nümayəndələrindən biri hesab edilir. O, 2000-ci ilin bu günü Türkiyənin Gülhanə hərbi hospitalında vəfat edib.

скачать dle 12.1

Şərhlər