SON DƏQİQƏ

“Whatsapp”dan gözlənilən yenilik

Tarix:

31-07-2018, 18:07

/ 10 286 dəfə oxundu.
“Whatsapp”dan gözlənilən yenilik

“WhatsApp” sosial media platforması gözlənilən funksiyanı təqdim edib.

GunAz.az xəbər verir ki,  İyulun 30-dan etibarən messencerdə qrup halında audio və video zəng funksiyası aktivləşib.

Bu barədə şirkətin bloqunda məlumat verilib. Qrup zəngində maksimum 4 nəfər iştirak edə bilər. Bunun üçün əvvəlcə onlardan birinə zəng etmək, daha sonra ekranın yuxarı sağ küncündəki düymə ilə söhbətə digər istifadəçiləri daxil etmək lazımdır.

Yeni funksiya artıq messencerin “Android” və iOS üçün son yenilənməsində əlçatandır.

Məlumat üçün bildirək ki, qrup zəngləri adi zəngləri kimi tam şifrələnir.

скачать dle 12.1

Şərhlər