SON DƏQİQƏ
» » 1000-ə yaxın şəxs Şamaxı Rəsədxanasına getdi

1000-ə yaxın şəxs Şamaxı Rəsədxanasına getdi

Tarix:

29-07-2018, 11:46

/ 10 303 dəfə oxundu.
1000-ə yaxın şəxs Şamaxı Rəsədxanasına getdi

İyulun 27-dən 28-ə keçən gecə baş verən Ay tutulması və Mars-Yer qarşıdurması hadisəsi ilə əlaqədar olaraq N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası “açıq qapı” günü keçirib.

Rəsədxanadan  GunAz.az-a verilən məlumata görə, bu təbiət hadisəsini izləmək üçün Şamaxı Astrofizika Rəsədxanası tərəfindən 2 böyük və 1 balaca teleskop ayrılıb.

Gecə saatlarından başlayaraq 1000-ə yaxın xarici və yerli qonaq rəsədxanaya gəlib.

Müşahidə prossesinin yüksək səviyyədə təşkili üçün rəsədxana əməkdaşları bu işə cəlb edilib.

Adı çəkilən təbiət hadisəsi Bakı vaxtı ilə saat 22:24-də başlayıb, 02:19-da başa çatıb.

Teleskoplarda müşahidə gələn qonaqlarda xoş təəssürat yaradıb.

Qeyd edək ki, tutulma prossesi zamanı rəsədxananın 2 m-lik teleskopunda Mars planetinin elmi məqsədlər üçün spektral müşahidəsi də aparılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ