SON DƏQİQƏ
» » Yunanıstandakı yanğınla bağlı Azərbaycan XİN-dən AÇIQLAMA

Yunanıstandakı yanğınla bağlı Azərbaycan XİN-dən AÇIQLAMA

Tarix:

24-07-2018, 18:38

/ 10 275 dəfə oxundu.
Yunanıstandakı yanğınla bağlı Azərbaycan XİN-dən AÇIQLAMA

“Yunanıstanda baş verən meşə yanğınlarında ölən və yaralananlar arasında Azərbaycan Respublikası vətəndaşları yoxdur”.

GunAz.az xəbər verir ki, Bunu XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

“Azərbaycanın Yunanıstandakı səfirliyindən verilən məlumata görə bu ölkədə tüğyan edən meşə yanğınlarında ölən və yaralananlar arasında Azərbaycan Respublikası vətəndaşlarının olması qeydə alınmayıb.

Yunanıstandakı səfirliyimizin davamlı əsasda bu ölkənin müvafiq qurumları ilə təmasdadır”, deyə XİN rəsmisi əlavə edib.

Xatırladaq ki, Yunanıstanda bu gün baş verən meşə yanğınlarında 50 nəfərdən çox insan həyatını itirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ