SON DƏQİQƏ

Metropolitendən çökən yolla bağlı AÇIQLAMA

Tarix:

16-07-2018, 19:12

/ 10 291 dəfə oxundu.
Metropolitendən çökən yolla bağlı AÇIQLAMA

"Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində müvəqqəti çəkilmiş yolun çökmə səbəbinin aşkar edilməsi ilə bağlı müvafiq səlahiyyətli qurumlar tərəfindən geoloji-kəşfiyyat işləri aparılır".

Bu barədə GunAz.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, hadisə ilə bağlı yayılmış ilkin məlumata əsasən, yol səthindən 5-6 metr dərinlikdə dəmir-beton konstruksiya aşkarlanıb:

"Həmin ərazidə metro stansiyasının tikintisi üçün sahə 2012-ci ildə ayrılıb. Ərazidən keçən əsas yol metro stansiyasının inşaatı üçün bağlandığından, qeyd edilən müvəqqəti yol alternativ kimi 2013-cü ildə salınıb. Hazırda məsələ ilə bağlı müvafiq səlahiyyətli qurumlar tərəfindən aparılan araşdırma işlərində "Bakı Metropoliteni" QSC-nin nümayəndələri də iştirak edirlər. Bununla bağlı əlavə məlumatlar ictimaiyyətin diqqətinə çatdırılacaq".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ