SON DƏQİQƏ
» » Dövlət qulluğunda işləmək istəyənlər DİQQƏTİNƏ!

Dövlət qulluğunda işləmək istəyənlər DİQQƏTİNƏ!

Tarix:

5-07-2018, 14:09

/ 10 324 dəfə oxundu.
Dövlət qulluğunda işləmək istəyənlər DİQQƏTİNƏ!

İyulun 11-də və 21-də Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olunmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanları keçiriləcək.

DİM-dən GunAz.az -a verilən məlumata görə, AA, AB, AC, BA, BB qrupları üzrə təşkil olunacaq imtahanlar saat 10:00-da 

Namizədlər imtahanı DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanındakı binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. İmtahanlarda iştirak üçün online qeydiyyat iyulun 11-də və 21-də saat 9:00-da başa çatacaq. Qeydiyyatdan keçmək üçün http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom keçidinə daxil olmaq lazımdır.

Qeyd edək ki, sınaq imtahanlarında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. “Şəxsi kabinet”də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından faydalanmaq olar (ətraflı məlumat payment.dim.gov.az saytında yerləşdirilib). “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanlarında iştirak üçün DİM-in saytında online qeydiyyatdan keçmək lazımdır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ