SON DƏQİQƏ
» » Novruz Məmmədov hava ilə bağlı sərəncam imzaladı

Novruz Məmmədov hava ilə bağlı sərəncam imzaladı

Tarix:

4-07-2018, 15:21

/ 10 264 dəfə oxundu.
Novruz  Məmmədov hava ilə bağlı sərəncam imzaladı

Baş nazir Novruz Məmmədov ölkə ərazisində hava şəraitinin kəskin isti keçməsi ilə əlaqədar sərəncam imzalayıb.

GunAz.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Sərəncamda deyilir ki, iyulun 4-də, 5-də, 6-da, 7-də hava şəraitinin kəskin isti keçməsi ilə əlaqədar dövlət hakimiyyəti orqanları, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən bütün müəssisə, idarə və təşkilatların, eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərinin rəhbərlərinə tapşırılsın ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 233-cü maddəsinin 2-ci hissəsinin və həmin Məcəlləyə 2 nömrəli əlavənin 1-ci hissəsinin tələblərinə ciddi riayət olunmasını tələb etsinlər.

скачать dle 12.1

Şərhlər