SON DƏQİQƏ

Tanınmış jurnalistə yeni vəzifə verildi

Tarix:

3-07-2018, 12:07

/ 10 717 dəfə oxundu.
Tanınmış jurnalistə yeni vəzifə verildi

"Lider" televiziyasının Xəbərlər Departamentinin redaksiya rəhbəri Elnur Niftəliyevə yeni vəzifə verilib.

GunAz.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (ASAN xidmət) yeni mətbuat katibi təyin olunan Elnur Niftəliyev faktı təsdiqləyib.

O bildirib ki, bu gündən vəzifə başındadır: "Bəli, məlumat doğrudur. Artıq bu gündən etibarən iş başındayam. Ümid edirəm, mətbuatla əməkdaşlığımız uğurla davam edəcək".

Xatırladaq ki, qurumun daha əvvəlki mətbuat katibi hazırda Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri olan Anar Hüseynov idi.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ