SON DƏQİQƏ
» » Yeni şəxsiyyət vəsiqələrinin veriləcəyi vaxt BƏLLİ OLDU

Yeni şəxsiyyət vəsiqələrinin veriləcəyi vaxt BƏLLİ OLDU

Tarix:

29-06-2018, 14:07

/ 10 375 dəfə oxundu.
Yeni şəxsiyyət vəsiqələrinin veriləcəyi vaxt BƏLLİ OLDU

Sentyabrdan yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanacaq. 

GunAz.az xəbər verir ki, bu barədə Milli Məclisin Hüquq siaysəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

O qeyd edib ki, Azərbaycanın artıq 10 regionunda bununla bağlı yeni texnologiyalar quraşdırılıb: 

“Daxili İşlər Nazirliyindən aldığım məlumata görə, sentyabrdan etibarən prosesin özünə başlanılacaq”.

Qeyd edək ki, bu məsələ “Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ