SON DƏQİQƏ
» » Yeni şəxsiyyət vəsiqələrinin veriləcəyi vaxtda dəyşiklik

Yeni şəxsiyyət vəsiqələrinin veriləcəyi vaxtda dəyşiklik

Tarix:

22-06-2018, 14:58

/ 10 793 dəfə oxundu.
Yeni şəxsiyyət vəsiqələrinin veriləcəyi vaxtda dəyşiklik

Azərbaycanda vətəndaşlara yeni nəsil şəxsiyyət vəsiqələrinin veriləcəyi vaxt dəyişdirilib.

Gunaz.az report-a istinadən xəbər verir ki, yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə bu il sentyabrın 1-də başlanılacaq.

Bununla bağlı "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" qanuna dəyişiklik edilir.

Bundan əvvəl yeni nəsil şəxsiyyət vəsiqələrinin 2019-cu ilin yanvarın 1-dən veriləcəyi verilməsi planlaşdırılırdı.

Layihə Milli Məclisin iyunun 29-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, yeni nəsil şəxsiyyət vəsiqələri təhlükəsizlik nöqteyi-nəzərdən köhnə vəsiqələrdən daha üstün olacaq. Bu vəsiqələrə vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı (çip) yerləşdiriləcək. Bu vəsiqələr digər ölkələrin müvafiq orqanları ilə biometrik informasiya mübadiləsinin tənzimlənməsində müstəsna əhəmiyyət kəsb edəcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ