SON DƏQİQƏ
» » Nazirlik istirahət mərkəzinin sahibini cərimələdi

Nazirlik istirahət mərkəzinin sahibini cərimələdi

Tarix:

27-06-2018, 13:51

/ 10 277 dəfə oxundu.
Nazirlik istirahət mərkəzinin sahibini cərimələdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə İsmayıllı-Lahıc avtomobil yolunun kənarında fəaliyyət göstərən “Dağ şəlaləsi” istirahət mərkəzində formalaşan çirkab suların birbaşa Girdiman çayına axıdılması ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirlikdən Gunaz.az -a verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı istirahət mərkəzində ekoloji və sanitar qaydalara riayət olunmadığı, primitiv üsulla inşa edilmiş sanitar qovşaqda əmələ gələn çirkab suların birbaşa Girdiman çayına axıdıldığı faktı öz təsdiqini tapıb.

Faktla bağlı istirahət mərkəzinin sahibi Əkbər Fətəliyev barəsində protokol tərtib edilib və o, fiziki şəxs qismində inzibati qaydada 1000 manat məbləğində cərimə olunub. Mövcud çatışmazlıqların təcili aradan qaldırılması üçün ona icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Operativ tədbirlər nəticəsində çirkab suların çaya axıdılmasının qarşısı alınıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ