SON DƏQİQƏ

Muğamın fanatı

Tarix:

25-06-2018, 12:34

/ 10 947 dəfə oxundu.
Muğamın fanatı

Muğam və ya muğamat mürəkkəb, ideya, emosional məna daşıyan, dərin və bitkin təfəkkür, bədii həyəcan və müxtəlif musiqi obrazlarının inkişafını ifadə edən musiqi janrıdır.Muğam yarandığı ən qədim zamanlardan başlayaraq, əsrlər boyu davam edən tədrici inkişaf və təkamül prosesi nəticəsində yetkinləşmiş, formalaşmış və kamilləşmişdir. Bu sənətin fanatı, bütün dünyası musiqiylə dolan bir sıra fəxri diplomlara layiq görülmüş həm də şairə Ziba Hüseynovanın yaradıcılıq həyatına nəzər salaq.

Ziba Hüseynova Sevindik qızı 26.06.1968 -ci ildə Yevlax rayonunun Qoyunbinəsi kəndində dünyaya göz açıb. İlk təhsilini anadan olduğu kənd orta məktəbində almışdır. İncəsənət, musiqi və ədəbiyyata böyük həvəs göstərən Ziba xanım Şuşa şəhərində Şuşa Muğam məktəbində təhsil almışdır. Ziba xanımın muğam sənətinə duyduğu həvəs onu Bakı şəhərinə gətirir və burda Adil İsgəndərov adına musiqi məktəbində muğam sənətinə dərindən bələd olan Respublikanın Əməkdar artisti İsmayıl Ələkbərovdan dərs alır. Özünü doğruldan sənətkar ecazkar muğamların mahir ifaçısı olduğuna görə həmin məktəbin fəxri diplomuna layiq görülür. Ölkəmizdə keçirilən dövlət tədbirlərində, uşaq evləri və qocalar evlərində, o cümlədən hərbi hissələrdə, bir sıra möhtəşəm konsert tədbirlərində iştirak etmiş, saysız-hesabsız diplomların sahibidir.

Qardaş ölkə Türkiyənin Adana, Sivaş, İzmir şəhərlərində ədəbi-musiqili tədbirlərinin iştirakçısı olmuşdur. Türkiyənin Sivaş şəhərində işıq üzü görmüş Antologiya kitabında şeirləri çap olunmuşdur. Z.Hüseyinovanın uğurları bununla bitmir ölkəmizdən kənarda da bir sıra fəxri diplomlarla təltif edilmişdir.

Bir neçə qəzetdə şöbə müdiri və redaktor müavini vəzifələrində çalışmışdır. Bir çox publisist məqalələrin müəllifidir. 

Dövlət Filarmoniyasında, Gürcüstan, Türkiyə, Rusiya, İrandan gələn iştirakçılarla birgə festivallarda çıxışına görə fəxri diplomlara layiq görülüb. Rəşid Behbudov adına Mahnı Teatrında “Şəlalə” ansamblı ilə uğurlu çıxış etdiyinə görə Mahnı Teatrının fəxri diplomuna layiq görülüb.

 Ağstafa rayonunun Eynallı kəndinə gəlin köçən Ziba xanım həyat yoldaşı Hüseynov Elxan Muxtar oğlu ilə 27 il xoşbəxt ailə həyatı yaşasa da, bu xoşbəxtlik çox da uzun sürmədi. 14 avqust 2017 -ci ildə uzun sürən ağır xəstəlikdən sonra Elxan bəy dünyasını dəyişmişdir.

Buna baxmayaraq Ziba xanım üç övladını (2 qız 1 oğlan) sağlam, vətənpərvər, təhsil verərək böyüdüb cəmiyyətimizin sıralarına qoşmuşdur. Ziba xanımın ad gününün 26 iyinda olması da təsadüfi deyil, bu xanımın vətənpərvər olması, hər zaman əsgərlərimiz qarşısında konsertlər verməsi bəlkə də bu tarixdə dünyaya göz açmasının təsadüfüdür. 25 iyunda isə həyat yoldaşı Elxan Hüseynovun ad günü olduğundan hər il həyat yoldaşı olmuş Elxan bəyin ad gününü öz ad günündən qabaq qeyd edir və öz ad gününü isə əsgərlərimizlə birgə qeyd edir.

Bu vətənpərvər qızımız Ziba xanıma sənətində yeni –yeni uğurlar arzu edir, ad gününü təbrik edirik.

Səidə Seyidova

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ