SON DƏQİQƏ
» » Müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib - FOTOLAR

Müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib - FOTOLAR

Tarix:

24-06-2018, 13:39

/ 10 786 dəfə oxundu.
Müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib - FOTOLAR

Dünən vəfat edən müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib.

Gunaz.Az APA-ya istinadla xəbər verir ki, dəfn mərasimi Y. Camalovun Bakıda yaşadığı evdə keçirilib.

Mərasimdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Y. Camalov Şüvəlan qəsəbə qəbiristanlığında, keçən il vəfat edən 44 yaşlı oğlu Rövşən Camalovun yanında dəfn olunub.  

Qeyd edək ki, 69 yaşlı Y. Camalov uzun müddət ağır xəstəlikdən əziyyət çəkib və müalicə alıb. Bu günlərdə Parisdə keçirilən "EUROSATORY-2018” beynəlxalq müdafiə və təhlükəsizlik sərgisində iştirak etmiş Y. Camalovun dünən günorta saatlarında Bakıda evində səhhəti qəfil pisləşib və dünyasını dəyişib.

 

 

 

 

 

скачать dle 12.1

Şərhlər