SON DƏQİQƏ

SON DƏQİQƏ – Azərbaycanda nazir vəfat etdi

Tarix:

23-06-2018, 19:05

/ 10 372 dəfə oxundu.
SON DƏQİQƏ – Azərbaycanda nazir vəfat etdi

Müdafiə Sənayesi naziri Yavər Camalovun qəflətən dünyasını dəyişdiyi bildirilir.

Məlumatı mərhum nazirin ailəsinə yaxın mənbələr təsdiqləyib.

Yavər Camalov 17 oktyabr 1949-cu ildə Sabirabad rayonunun Çölbeşdəli kəndində anadan olub.

1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirib.

1972 – ci ildə “Siyəzənneft” Neftqazçıxarma idarəsinin operatoru, 1972 – 1989- cu illərdə “Şirvanneft” Neftqazçıxarma idarəsində operator, mühəndis, böyük mühəndis, növbə rəisi, rayon mühəndis-texnoloji xidməti rəisinin müavini, baş mühəndis – sex rəisinin müavini, NQÇİ-nin baş mühəndisi, 1989 – 1995 – ci illərdə “Şirvanneft” Neftqazçıxarma idarəsinin rəisi, 1995 – 2003 – cü illərdə Quruda Neftqazçıxarma İstehsalat Birliyinin baş direktoru, 2003 – 2006 – cı illərdə “Azneft” İstehsalat Birliyinin baş direktoru vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 18 mart 2006 – cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri təyin edilib.

Yavər Camalov 16 oktyabr 2009-cu ildə İlham Əliyevin sərəncamına əsasən ölkənin iqtisadi inkişafındakı xidmətlərinə görə Şöhrət ordeni ilə təltif edilib.

Evlidir,3 oglu var

Allah rəhmət eləsin!

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ