SON DƏQİQƏ

Naxçıvanda meteostansiyalar quraşdırıldı

Tarix:

7-06-2018, 20:13

/ 10 296 dəfə oxundu.
Naxçıvanda meteostansiyalar quraşdırıldı

Naxçıvan Muxtar Respublikasında müasir standartlara cavab verən avtomat meteostansiyalar quraşdırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Gunaz.az-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasında meteoroloji müşahidə şəbəkəsinin təkmilləşdirilməsi prosesinə başlanılıb. Artıq Muxtar Respublikada Finlandiya istehsalı olan müasir standartlara cavab verən avtomatlaşdırılmış stansiyalar vasitəsilə 7 meteoroloji parametr üzrə məlumatların əldə olunması və ötürülməsi mümkün olacaq.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü və dəstəyi ilə avtomat meteostansiyalardan biri Naxçıvan, digəri isə Culfa şəhərində quraşdırılıb.

скачать dle 12.1

Şərhlər