SON DƏQİQƏ

“WhatsApp”da pul köçürmək mümkün olacaq

Tarix:

5-06-2018, 14:52

/ 10 279 dəfə oxundu.
“WhatsApp”da pul köçürmək mümkün olacaq

Artıq gələn həftə "WhatsApp” proqramında pulköçürmələri xidməti işə salınacaq.

Gunaz.az xəbər verir ki, bununla da messencer iri internet ödəniş sistemləri ilə rəqabətə girəcək.

Hazırda bu xidmət messencerin "Android” versiyasında beta sınaq versiyasında əlçatandır. Ancaq bir neçə həftədən sonra ondan telefonunda "WhatsApp” yüklənmiş hər kəs istifadə edə biləcək.

Hazırda xidmətin tərtibatçılarının iri banklar arasında dörd tərəfdaşı mövcuddur. Bu gün "WhatsApp”ın aktiv istifadəçilərinin sayı 1,3 milyard nəfərdən çoxdur.

Xatırladaq ki, pul köçürmə xidməti "Apple”in "iMessage” məlumat mübadilə xidmətində də reallaşdırılıb. Hələlik bu xidmət məhdud ölkələrdə istifadəyə açıqdır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ