SON DƏQİQƏ

Kursantlar dövlət imtahanları verir

Tarix:

2-06-2018, 13:49

/ 10 296 dəfə oxundu.
Kursantlar dövlət imtahanları verir

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində dövlət imtahanları keçirilir.

Müdafiə Nazirliyindən Gunaz.az-a verilən məlumata görə, Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri ixtisasları üzrə dörd il müddətində hazırlıq keçən kursantlar bilik və bacarıqlarını nümayiş etdirirlər.

Bildirilib ki, gələcəyin zabitləri sinif otaqları və xüsusi hazırlanmış məntəqələrdə ixtisasları və rəhbər sənədləri bilmələri üzrə nəzəri, çöl səhra şəraitində isə taktiki və atəş hazırlığı, döyüş texnikasının istismarı, eləcə də digər fənlər üzrə praktiki imtahanlar verirlər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ