SON DƏQİQƏ

Ödəmə terminalları 200 manat da qəbul edəcək

Tarix:

31-05-2018, 19:17

/ 10 570 dəfə oxundu.
Ödəmə terminalları 200 manat da qəbul edəcək

Ödəmə terminallarının quraşdırılması və servis mərkəzləri terminalları yeni, 200 manatlıq əsginasların qəbulu üçün uyğunlaşdırır.

Gunaz.az xəbər verir ki, "MilliÖN" şirkətindən bildiriblər ki, bu sahədə şirkət tərəfindən aparılan işlər terminalların proqram təminatının yenilənməsini nəzərdə tutur.

"eManat" terminallarının sahibi "Modenis" şirkəti bildirib ki, uyğunlaşdırma prosesi yaxın zamanlarda başlayacaq, 200 manatlıq əsginaslatın qəbulu funksiyası isə yeni pullar dövriyyəy çıxarılan kimi işə düşəcək.

Öz növbəsində "AzeriCard" prosessinq mərkəzindən bildiriblər ki, yeni əsginasların bankomatlarda verilməsi və qəbulu prosesi texniki cəhətdən təmin olunub.

скачать dle 12.1

Şərhlər