SON DƏQİQƏ
» » Maraş Dondurması: tək ünvan, Sədərək Ticarət Mərkəzi

Maraş Dondurması: tək ünvan, Sədərək Ticarət Mərkəzi

Tarix:

29-05-2018, 17:32

/ 12 085 dəfə oxundu.
Maraş Dondurması: tək ünvan, Sədərək Ticarət Mərkəzi

İstirahət günlərimin bir günü Sədərək Ticarət Mərkəzinə alış-verişə getmişdim. Ticarət Mərkəzi olduqca müasir tələblərə cavab verən bir məkan olmağı sözün həqiqi mənasında məni çox sevindirir. Burada müştəri məmnuniyyəti yükəsk səviyyədə qorunur və hər zaman bu məsələ diqqət mərkəzində saxlanılır. Ölkəmizdə belə beynəlxalq standartlara cavab verən Ticarət Mərkəzinin mövcudluğu hər bir azərbaycanlının ürəyincədir.Maraş Dondurması: tək ünvan, Sədərək Ticarət Mərkəzi

  Bildiyimiz kimi günlərimizin isti keçməsi ilə əlaqədar olaraq sərin, keyfiyyətli dondurma yemək alış-verişdən sonra ürəyimdən keçdi. Bu zaman rahat bir oturulası yerin olmasını və keyfiyyətli bir dondurmanın olması arzusunda olaraq Ticarət Mərkəzində satıcılardan belə yer olub-olmadığını soruşdum. Hər kəs mənə keçi südündən hazırlanan Məşhur Maraş Dondurmasının (MMD) olduğunu dedilər. Dondurmanın məkanını öyrənə-öyrənə yerini tapdım və məkan Ticarət Mərkəzinin yaxınlığında yerləşirdi.

  Maraş Dondurması: tək ünvan, Sədərək Ticarət MərkəziSədərək Ticarət Mərkəzində insanların yay vaxtdı istirahətləri və sərinləmələri üçün belə dondurma mərkəzinin olması məni çox sevindirdi. Həqiqətən burada çoxlu insanlar gəlir, dondurmadan dadaraq məmnun şəkildə qayıdırdılar. Şübhəsiz ki, bir jurnalist kimi belə bir yerin olması diqqətimdən yayınmadı və Məşhur Maraş Dondurmasının rəhbərliyi ilə görüşməyi işçilərdən xahiş etdim. Sağolsunlar ki, xahişimi sevinclə qarşıladılar və qısa bir zamanda Məşhur Maraş Dondurmasının rəhbəri Cəlil müllimlə tanış oldum. Cəlil müəllimə jurnalist olduğumu bildirdim və müəssisələri ilə yaxından tanış olmağım üçün şərait yaradılmasını xahiş etdim. Bu təklifimi Cəlil müəllim yüksək səviyyədə qarşıladı və məni müəssisələrini gəzdirərək istehsal prosesi ilə yaxından tanış etdi. Söhbət və tanışlıq əsasında bir çox yeniliklər əldə etdim və sonra qərara gəldim ki, bununla bağlı bir məqalə hazırlayım.Maraş Dondurması: tək ünvan, Sədərək Ticarət Mərkəzi

 Cəlil müəllim tanışlıq əsasnasında ölkəmizdə Maraş Dondurmasının ilk olduğunu dedi. Həmçinin qeyd etdi ki, vətəndaşlarımıza keyfiyyətli məhsulun təqdim edilməsi bizim fəaliyyətimizin əsasını təşkil edir. Belə bir məkanı yaratdığımız üçün insanlar bizə dərindən təşəkkür edirlər. Onlar məkanımıza daim gəlir və ailələri ilə Maraş donurmasından dadaraq xoş istirahət keçirirlər. Ticarət Mərkəzinə gələb əksər insanlar inanın bizim Dondurma müəssisəmizdə olurlar və keçi südündən hazırlanan keyfiyyətli Maraş dondurmasından dadırlar.

 Müəssisə ilə tanışlıq zamanı Cəlil müəllim Sədərək Ticarət Mərkəzinin rəhbərliyinin böyük xeyirxahlıqla məşğul olduğunu vurğuladı və bu Maraş Dondurmasının Azərbaycan vətəndaşlarına təqdim edilməsinin də rəhbərliyin xeyirxah adımlardan biri olduğunu qeyd etdi.

Maraş Dondurması: tək ünvan, Sədərək Ticarət Mərkəzi Süd, sahlep və şəkər Maraş dondurmasının istehsalında istifadə olunur. Hazırlanma zamanı keçi südündən istifadə edilir. Maraş dondurmasının dadlı olmasına təsir edən ikinci amil Maraşda yetişən orkide köklərindən əldə edilən dondurmanın unikal dadı, dəsti və ləzzətini verən sahlepdir. 90 dərəcəlik temperaturda qaynadılmış keçi südünə öncə əlavə edilir və qarışdırılır və təxmini 6-8 saatdan sonra soyudulur və alıcılara təqdim edilir. Maraş dondurmalarının əldə edilməsinə ən əhəmiyyətli bir faktor olan sahlep Ahır dağında yetişən orkidelerin çirkli ağ rəngli yumrulularından əldə edilir. Yığılan yumrular ipə düzülür və qurudulur və əldə edilən toz dondurmanın hazırlanmasında istifadə edilir.

 Maraş donrumasının hazırlanması haqqında müəssisə sahibi Cəlil müəllim qısa məlumat verdikdən sonra müəssisələrinin yaranmasından da söhbət açdı. O, müəssisəni Türkiyəli dostlarından öyrəndiklərini və onların köməkliyi ilə belə bir müəssisənin açıldığını vurğuladı. Cəlil müəllim dedi: “Biz Türkiyədə bir dəfə qonaq gedəndə məşhur Maraş şəhərində bu dondurmanı daddıq və onun təbii məhsullarla hazırlanan keyfiyyəti bizi çox sevindirdi. Həmişə çalışırdıq ki, bu cür keyfiyyətli dondurmanı Azərbaycan vətəndaşlarına da təqdim edək. Çox sağolsun Türkiyəli qardaşlarımız bizə kömək göstərdilər və bu müəssisəmizi açdıq”.  Həmçinin Maraş Dondurma müəssisəsinin rəhbəri çıxışında avadalıqlarında Türkiyədən gətirildiyini və bunun üçün Türkiyəli dostlarının köməklik etdiyini vurğuladılar.

 

Mahmud Əyyublu

 

Maraş Dondurması: tək ünvan, Sədərək Ticarət Mərkəzi

 

 

Maraş Dondurması: tək ünvan, Sədərək Ticarət Mərkəzi

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ