Müğənni Səbinə Babayeva “Əməkdar artist” fəxri adına layiq görülməsi münasibətilə prezidentə təşəkkür edib.
Kult.az xəbər verir ki, müğənni sevinc hisslərini İnstaqram səhifəsində bölüşüb.
"Dostlar, mən artıq Azərbaycan Respublikasının əməkdar artistiyəm. Cənab Prezident İlham Əliyev çox sağ olsun ki, bayram günlərində bizə bu gözəl hədiyyəni, bu xoşbəxtliyi verdi. Birinci xanım Mehriban Əliyeva, sizə də öz dərin təşəkkürümü, minnətdarlığımı bildirirəm. Mən sənət yolunda həmişə tək olmuşam. Köməksiz, yardımsız. Yanımda heç bir komanda, prodüser çalışmayıb. Bu günü səbirsizliklə gözləyirdim, ürəyimdə arzulayırdım. Nə yaxşı ki, cənab prezidentimiz və hörmətli vitse-prezidentimiz bu hədiyyəni bizə verdi", - S.Babayeva qeyd edib.