SON DƏQİQƏ

Əfv sərəncamının icrasına başlanıldı

Tarix:

25-05-2018, 08:47

/ 10 257 dəfə oxundu.
Əfv sərəncamının icrasına başlanıldı

"Dünən Prezident əfv sərəncamı imzalayıb. Biz də sərəncamın icrasını təşkil edirik".

Gunaz.az xəbər verir ki, bunu Pentensiar Xidmətin rəis müavini Oqtay Məmmədov bildirib. O, qeyd edib ki, sərəncamın icrası ilə bağlı təşkilatı tədbirlər görülür: "Məhkumların azadlığa buraxılması üçün qruplar təşkil olunub. Əfv olunan məhkumların azadlığa buraxılması yüksək səviyyədə həyata keçiriləcək".

Bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidməti QHT-lərin, KİV nümayəndələrinin, millət vəkillərinin iştirakı ilə əfv sərəncamının icrasına başlayıb.

 Sərəncamın icrası Pentensiar Xidmətin cəza çəkmə müəssislərində həyata keçirilir. Əfv olunan bütün məhkumlar günün sonuna kimi azadlığa buraxılacaq.

Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə mayın 24-də imzaladığı əfv sərəncamı 634 nəfərə şamil edilib. Sərəncamla 607 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Həmçinin azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış 1, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 9, cərimə cəzasına məhkum edilmiş 11 cəzadan və islah işləri cəzasına məhkum edilmiş 6 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.

Əfv sərəncamı 39 xarici vətəndaşa, o cümlədən 11 Gürcüstan, 5 Çin, 4 Rusiya, 4 İran, 3 Türkiyə, 3 Banqladeş, 2 Türkmənistan, 2 Qazaxıstan, hərəsinə 1-i olmaqla Özbəkistan, Kamerun, Hindistan, Əfqanıstan, Ukrayna vətəndaşlarına və vətəndaşlığı olmayan 3 şəxsə də şamil olunub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ