SON DƏQİQƏ

İçdiyimiz su Xəzər Dənizinin suyudur?

Tarix:

22-05-2018, 09:20

/ 10 339 dəfə oxundu.
İçdiyimiz su Xəzər Dənizinin suyudur?

 

Gunaz.az Trend-ə istinadla xəbər verir ki, hazırda Xəzər dənizindən götürülmüş su təmizləndikdən sonra təmiz içməli su kimi istifadə edilir.

Bunu  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekologiya və təbiəti mühafizə şöbəsinin müdiri Rasim Səttar-zadə deyib.

Onun sözlərinə görə, Xəzər Dənizi Suyunun Duzsuzlaşdırılması Kompleksinə daxil olan dəniz suyunun duzsuzlaşdırılması zavodun ofis işçiləri bu sudan içməli su kimi istifadə edirlər: "Onlar üçün Bakıdan su gətirmək çox baha başa gəlir. Buna görə də orada həmin suyun müəyyən bir hissəsi ancaq daxili istifadə üçün daha dərindən təmizlənir. Bunun üçün zavodda imkan var".

Nazirlik rəsmisi qeyd edib ki, Xəzər dənizinin suyu əsasən suvarma məqsədilə təmizlənir.

Onun sözlərinə görə, suvarma və içmək üçün nəzərdə tutulan su fərqli dərəcədə və fərqli standartlarla təmizlənir:

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ