SON DƏQİQƏ

Nazir 4 TSEK sədrini işdən çıxardı

Tarix:

21-05-2018, 19:48

/ 10 509 dəfə oxundu.
Nazir 4 TSEK sədrini işdən çıxardı

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev 4 rayonun Tibbi Sosial Ekspert Komissiyasının (TSEK) sədrini vəzifələrindən kənarlaşdırıb.

Gunaz.az-ın unikal.org-a istinadən məlumatına görə, nazir bununla bağlı əmr imzalayıb.

Nazirin əmrinə əsasən, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin - Sabunçu rayon TSEK sədri – Vahid İbrahimov, Qəbələ rayon TSEK-in sədri Eldar Abbasov, Ağcəbədi-Ağdam TSEK-in sədri Yaşasın Haqverdiyev, Nərimanov TSEK-in sədri Şahini vəzifəsindən uzaqlaşdırıb.

Məsələ ilə bağlı Unikal.org-a Əmək və əhalinin sosial müdafiəsi nazirliyindən xəbəri təsdiqləyiblər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ