SON DƏQİQƏ
» » Əfv Komissiyasının işi növbəti iclasdan sonra yekunlaşacaq

Əfv Komissiyasının işi növbəti iclasdan sonra yekunlaşacaq

Tarix:

15-05-2018, 17:38

/ 10 250 dəfə oxundu.
Əfv Komissiyasının işi növbəti iclasdan sonra yekunlaşacaq

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Gunaz.az xəbər verir ki, Komissiyanın üzvü Rəşad Məcid Trend-ə bildirib ki, Əfv Komissiyasının işi növbəti iclasdan sonra yekunlaşacaq. Onun sözlərinə görə, bugünkü iclasda da 100-dən artıq müraciətə baxılıb və onların bir hissəsi ilə bağlı müsbət qərar qəbul edilib.

R.Məcid əlavə edib ki, Komissiyanın bügünkü iclasında həmçinin əcnəbilərin müraciətlərinə baxılıb.

Qeyd edək ki, Əfv Məsələləri Komissiyası bu ilin yanvar ayının sonlarından başlayan iclaslarında indiyə qədər 1200-dən artıq müraciətə baxıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ