SON DƏQİQƏ
» » Azərbaycanda 10 mindən çox şəxsə maddi yardım edildi

Azərbaycanda 10 mindən çox şəxsə maddi yardım edildi

Tarix:

3-05-2018, 19:55

/ 10 363 dəfə oxundu.
Azərbaycanda 10 mindən çox şəxsə maddi yardım edildi

Ölkə Prezidenti İlham Əliyevin 20 aprel 2018-ci il tarixli Sərəncamının icrası olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarının və Sərəncamda nəzərdə tutulan digər müvafiq şəxslərin birdəfəlik maddi yardımlarla təmin edilməsi üçün maliyyələşdirmə işlərini artıq tam başa çatdırıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Gunaz.az-a verilən məlumata görə, sərəncam ümumilikdə 10 min 962 nəfərə şamil olunub. Onlardan 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçıları olan 541 nəfərin hər birinə 1000 manat məbləğində birdəfəlik maddi yardım ödənilib.

Qalan 10 min 421 nəfər isə İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilənlər, həmin müharibə illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri, Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilənlər, habelə həmin şəhərin mühasirəsi iştirakçılarıdır. Onların da hər biri 500 manat məbləğində birdəfəlik maddi yardımla təmin olunub.

Birdəfəlik maddi yardımların tam şəffaf şəkildə ödənişi həyata keçirilib və bu yardımlar avtomatlaşdırılmış qaydada həmin insanların pensiya üzrə plastik kart hesablarına köçürülüb.

Xatırladaq ki, qeyd olunan şəxslərə birdəfəlik maddi yardım verilməsi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 5,9 milyon manat vəsait ayrılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ