SON DƏQİQƏ

Bu gün Ümumdünya Mətbuat Azadlığı Günüdür

Tarix:

3-05-2018, 12:29

/ 10 559 dəfə oxundu.
Bu gün Ümumdünya Mətbuat Azadlığı Günüdür

3 may Ümumdünya Mətbuat Azadlığı Günüdür.

Gunaz.az  xəbər verir ki, Ümumdünya Mətbuat Azadlığı Günü 3 may 1993-cü ildən qeyd olunur. Bu gün münasibətilə keçirilən tədbirlərdə söz və mətbuat azadlığının əsas prinsipləri, ifadə azadlığının inkişaf perspektivləri müzakirə edilir, mətbuatın müstəqilliyinin təmin olunması, senzuranın ləğvi, insan hüquq və azadlıqlarının müdafiəsində mətbuatın rolu və digər məsələlər araşdırılır.

XX əsrin son onilliyində dünyada yaranmış siyasi reallıqları nəzərə alan müxtəlif ölkələrin jurnalistləri 1990-cı ilin fevralında Parisdə azad mətbuat prinsiplərinin maneəsiz yayılması və bəşəri bəlalara qarşı birgə mübarizənin zəruriliyini bildirmişlər. 1991-ci il mayın 3-də YUNESKO bu məramı ifadə etmiş sənədi - Namibiyanın Vinduk şəhərində qəbul olunmuş Bəyannaməni dəstəkləmiş və həmin günü Ümumdünya Mətbuat Azadlığı Günü kimi qeyd etmək təklifini Birləşmiş Millətlər Təşkilatına göndərib. 1993-cü il dekabrın 20-də BMT Baş Məclisinin qərarı ilə mayın 3-ü Ümumdünya Mətbuat Azadlığı Günü elan olunub.

Ümumdünya Mətbuat Azadlığı Günü Azərbaycada da fəal dəstəklənir. Müstəqil Azərbaycan dövləti ölkədə insan hüquqlarının müdafiəsi, söz və mətbuat azadlığı kimi məsələlərə xüsusi önəm verir. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra yeni tipli medianın formalaşması və möhkəmlənməsi üçün dəfələrlə ciddi tədbirlər həyata keçirilib, KİV-lər üzərindən dövlət nəzarətinin götürülməsi və mətbuatın inkşafı üçün əlverişli mühit yaradılmağa başlanıb.

Ümummilli liderin ölkə mətbuatına göstərdiyi qayğı Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. 2005-ci il mayın 31-də Milli mətbuatımızın 130 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamı bu sahəyə olan diqqət və qayğının bariz nümunəsi olub. Dövlət başçısının 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” mətbuat-dövlət münasibətlərinin tənzimlənməsi istiqamətlərini və dövlətin bu sahədəki siyasətini tam mənada ifadə edən baza rolunu oynayır. Bu sənəd əsasında 2009-cu il aprelin 3-də “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında” dövlət başçısının Fərmanı bu istiqamətdə atılmış mütərəqqi addım olub.

3 may - Ümumdünya Mətbuat Azadlığı Gününün geniş qeyd edilməsi ölkəmizdə də ənənə halını alıb. Bu gün münasibətilə bir sıra tədbirlər keçirilir, dövlət qurumlarının və KİV-lərin nümayəndələri bu sahədə mövcud durumu və ölkə mətbuatının inkişafı yollarını müzakirə edirlər.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ