SON DƏQİQƏ
» » Vergilər Nazirliyi yanında yeni departament yaradılıb

Vergilər Nazirliyi yanında yeni departament yaradılıb

Tarix:

2-05-2018, 12:23

/ 10 285 dəfə oxundu.
Vergilər Nazirliyi yanında yeni departament yaradılıb

Azərbaycan Respublikası prezidentinin “Ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 20 aprel 2018-ci il tarixli Sərəncamından irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədilə Vergilər Nazirliyində yeni struktur - Vergilər Nazirliyi yanında İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamenti yaradılıb.

Bu barədə Gunaz.az -a Vergilər Nazirliyindən məlumat verilib.

Departamentin yaradılmasında məqsəd maliyyə nəzarəti sahəsində uçotun şəffaflaşdırılması, büdcə yığımlarının artırılması, qeyri-neft məhsullarının ixracı üzrə prosedurların sadələşdirilməsi, ixracın həcminin artırılması və bu istiqamətdə dövlətin fiskal siyasətini həyata keçirən orqanlarının fəaliyyətinə dəstəyin verilməsi\ğp və idxal-ixrac əməliyyatlarına nəzarət siseminin təkmilləşdirilməsidir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ