SON DƏQİQƏ
» » ORDU ZABİTİ: "Hərbiçi hərtərəfli inkişaf etməlidir"

ORDU ZABİTİ: "Hərbiçi hərtərəfli inkişaf etməlidir"

Tarix:

27-04-2018, 19:18

/ 10 816 dəfə oxundu.
ORDU ZABİTİ: "Hərbiçi hərtərəfli inkişaf etməlidir"

Ordumuzun gənc zabiti Vəli Allahverdiyevlə yolüstü söhbətdə onun necə vətənpərvər, ordumuzun sadiq komandiri olduğunu hiss etmək o qədər də çətin deyildi. Komandirin vətənpərvər - hərbi mahnılarını kitarada ifa etməyi bizi çox qürurlandırdı. Bir daha ön cəbhədə bizim belə səriştəli zabitlərimizin olması ordumuzun hər an torpaqlarımızın keşiyində olduğundan xəbər verirdi.
  "Hərbiçi yaxşı komandir eyni zamanda yaxşı müəllim, idmançı və tərbiyəçi olmalıdır. Hərbiçilər öz üzərlərində işləməli və daima öyrənməlidirlər. Mustafa Kamal Atatürk demişdir: "Mən hərbiçiliyin ən çox yaradıcılıq tərəfini sevirəm, yaradıcılıq əsasən əsgərdə güclü vətənpərvərlik hissi yaratmaqla başlayır"" deyən Zabitimiz Vəli Allahverdiyev bizi torpaqlarımızın tez bir ərəfədə qaytarılmasına ümidlərimizi daha da artırdı.
 Yaradıcılıq demişkən elə Vəli Allahverdiyevin özüdə yaradıcılıqla məşğul olmuşdur .onun bir çox Vətənpərvər və Türkcülük haqqında şeirləri,məqalələri dərc olunmuşdur. Bundan əlavə olaraq o idmanda da Azərbaycan zabitinə yaraşacaq uğurlar əldə etmişdir. Boks,Kik boks ,Aikido kimi döyüş növlərində uğurlar qazanmışdır. Bu yaxınlarda ordudan kənar keçirilən Kik boks üzrə Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş turnirdə 63.5 kq çəki dərəcəsində çempion olmuşdur. Ordudan kənarda bu turnirdə iştirak etməyinin əsas səbəbinin isə turnirin aprel şəhidləri xatirəsinə həsr olunması olduğunu bildirir.
Rəsmiyyə Heybətağa qızı
скачать dle 12.1

Şərhlər