SON DƏQİQƏ

Bu məktəblərdə yaz tətilinin vaxtı dəyişdi

Tarix:

25-04-2018, 11:33

/ 10 333 dəfə oxundu.
Bu məktəblərdə yaz tətilinin vaxtı dəyişdi

Bakının bəzi məktəblərində yaz tətilinin tarixi dəyişdirilib.

Gunaz.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumatda xatırladılıb ki, “Formula 1 Azərbaycan Qran Pri yarışı” ilə əlaqədar olaraq bir sıra istiqamətlərdə hərəkət məhdudlaşdırılıb. Həmin yarışların hərəkət sxeminə aid olan və Bakı şəhərinin mərkəzi ərazisində yerləşən T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, 132-134 nömrəli təhsil kompleksi və 23 nömrəli tam orta məktəbin ibtidai sinifləri üzrə 1-5 may 2018-ci il tarixli yaz tətilinin 24-30 aprel 2018-ci il tarixinə keçirilməsi, 5-11-ci sinif şagirdlərinin buraxılmış dərs günlərinin növbəti həftələrdə şənbə günləri ilə əvəz olunması qərara alınıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ