SON DƏQİQƏ

Bu dahilər "ruhi xəstə" olub

Tarix:

21-04-2018, 06:42

/ 10 637 dəfə oxundu.
Bu dahilər "ruhi xəstə" olub

Dəlilik və dahilik arasında incə bir xətt var.  Bu dahilər bir vaxtlar dəlilikdən əziyyət çəkiblər: Edqar Allan Po - Amerikalı yazıçının əsərləri, qorxulu hekayələr üzərində qurulub.

20 yaşından sonra Po tez-tez depressiyaya düşürdü. İçki düşgünü olması da onun psixasını pozurdu. Ruhi tarazlığı tamamilə pozulmuş yazıçının mütəmadi olaraq tutmaları tutur və idarə olunmaz məxluqa çevrilirdi. Bir dəfə onu axtardıqdan 5 gün sonra ucuz qəlyanaltılardan birində tapırlar. Yazıçını ruhi xəstəxanaya yerləşdirirlər lakin  5 gün sonra vəfat edir. Ölümündən əvvəl Po şimal qütbünü öyrənən səyyahı çağırırmış.

Ernest Heminquey - Daha bir amerikalı yazıçı. 1960-cı ildə Heminquey Kubadan ABŞ-a qayıdır. O, tez-tez depressiyaya düşür, özünə inamı azalır, qorxuları artırdı.Yazmaq istəyir lakin yaza bilmirdi. Bütün bunlara görə ruhi xəstəxanada müalicə almağa razılaşır. Xəstəxanadan çıxdıqdan sonra kitab yazmaq istəsə də yaza bilmir. İlk intihara cəhdi də həmin vaxt olur lakin yaxınları onu xilas edirlər. Arvadının xahişi ilə təkrar müalicə alsa da intihar niyyətindən əl çəkmir. Xəstəxanadan çıxan kimi özünü qoşa lüləsi ilə güllələyir. Hemenqueyin fikrincə, kişinin yataqda ölməyə haqqı yoxdur. Kişi ya döyüşdə ölər, ya da gülləni alnına çaxar. 

Frans Kafka - Avstriyalı yazıçının psixi vəziyyəti aylarla qeyri-stabil olurdu. Yazıçı 41 yaşında vərəmdən ölür. Ömrünün son 3 ayında isə onun təkcə cismi məhvə doğru getmir həmdə psixikası pozulurdu. Ölümündən əvvəl o, dostundan əsərlərini məhv etməsini istəyir. Lakin dostu buna əməl etmir. 

Sergey Yesenin - Rus şairi mehmanxanın istilik borusundan özünü asaraq intihar edib. O, dəfələrlə Rusiyanın, Fransanın ruhi xəstəxanalarında müalicə alıb. Diaqnozu isə manyakal depressiv psixoz idi. 

Frixrid Nitsşe - Alman filosofunun xəstəlik tarixçəsində deyilir ki, o bağırıb əcayib səslər çıxardır, xətəxanın nəzarətçisini Bismark zənn edir, yerdə yatır və keçi kimi atılıb düşürmüş. Görkəmli filosof ömrünün son 20 ilində psixi pozuntular yaşayıb və ən dəyərli əsərlərinidə həmin illərdə qələmə alıb. 

Nikolay Qoqol - Şizofreniya bu rus yazıçısını ömür boyu rahat buraxmıyıb və ömrünün sonlarına yaxın isə daha da kəskinləşib. 1852-ci ildə Qoqol vəfat edir və onun ölüm səbəbləri hələdə tam bəlli deyil. Amma güman edilir ki, yazıçı şüphələri və qorxuları ilə özünü ruhi cəhətdən tükəndirmişdi. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ