SON DƏQİQƏ

Qadın yaratmaq gücünə sahibdir

Tarix:

19-04-2018, 17:49

/ 10 411 dəfə oxundu.
Qadın yaratmaq gücünə sahibdir

Quba doğum evinin Baş həkimi vəzifəsində çalışan və mütəxəssis kimi tanınan həkim Həsənova Şəhla adı bu yaxınlarda daha bir hamiləliyin uğurla başa çatmasında hallanıb. Quba rayon Alpan kənd sakini 1-ci qrup Qarabağ əlili Sahib İsgəndərov nəvəsinin sağlam dünyaya gəlməsi münasibətilə Baş həkim Həsənova Şəhla, Uşaq həkimi Mehriban Paşayeva, mama-ginekoloqlar Mikayılova Nazilə, Mirzəyeva Lalə və əziyyəti olan hər bir kəsə  təşəkkürünü bildirir.

Gunaz.az xəbər verir ki, bütün tibbi əməliyyatlarını öz boynuna götürən Baş həkim Şəhla xanım körpənin və ananın səhhətinin normada olduğunu bildirir. Sahib İsgəndərov hamiləliklə bağlı məhz Baş həkim Həsənova Şəhlaya müraciət etməsini, onun belə xeyirxah işlərə meyilli olmasını bildirir.Qadın yaratmaq gücünə sahibdir

Ana olmaq kimi dünyanın ən gözəl duyğusunu yaşamaq istəyən hər bir xanımın ağrısız doğuş məsələləriylə bağlı hər bir xanımın yaxın rəfiqəsinə çevrilməsi Şəhla xanımın başlıca vəzifəsi sayılır. Göydə Allahdan, yerdə bu həkimdən ümid kəsilməz!

Qeyd edək ki, öz işini “Qadın yaratmaq gücünə sahibdir” düşüncəsi ilə yerinə yetirən bu həkimlər öz ixtisaslarında fəallıqları ilə seçilirlər. Belə ki, Dövlət başçımızın hər bir rayonlarda olduğu kimi Quba şəhərində də sakinlərin ixtiyarına verdiyi bu xəstəxanalar və belə həkimlərin doğuşlar zamanı uğurlu nəticələr göstərməyi vacib məsələlərdən biridir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ