SON DƏQİQƏ
» » Şad xəbər: Evlər bu tarixdə təhvil veriləcək

Şad xəbər: Evlər bu tarixdə təhvil veriləcək

Tarix:

18-04-2018, 19:42

/ 10 217 dəfə oxundu.
Şad xəbər: Evlər bu tarixdə təhvil veriləcək

Güzəştli mənzillərin vətəndaşlara təhvil veriləcəyi vaxt açıqlanıb.

Gunaz.az xəbər verir ki, bu barədə Mənzil İnşaatı Dövlət Agentliyi İdarə Heyətinin sədri Samir Nuriyev deyib.

Onun sözlərinə görə, 1843 ailəni mənzillə təmin edəcək Yasamal Yaşayış Kompleksində tikinti işləri sürətlə davam etdirilir:

“Artıq 19 binada konstruksiya və hörgü işləri yekunlaşdırılıb, təmir işlərinə başlanılıb. Cari ilin iyun ayında ilk mənzillərin vətəndaşlara təhvil verilməsi planlaşdırılır. Eyni zamanda, bu şəhərcikdə 960 şagird yerlik ümumtəhsil məktəbi və 240 yerlik uşaq bağçası tikilməkdədir”.

Samir Nuriyev qeyd edib ki, Yasamal Yaşayış Kompleksində bütün işlərin yekunlaşması 2019-cu ilə planlaşdırılır.

 

скачать dle 12.1

Şərhlər