SON DƏQİQƏ

Bu yollarda hərəkət məhdudlaşdırılacaq - BNA

Tarix:

17-04-2018, 18:28

/ 10 324 dəfə oxundu.
Bu yollarda hərəkət məhdudlaşdırılacaq - BNA

“Sovetski” adlanan ərazidə aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq, aprelin 18-də Abdulla Şaiq küçəsinin Mirzə Fətəli Axundzadə küçəsi ilə kəsişməsi, 22-də isə Mirzə Fətəli Axundzadə küçəsindən Mirzəağa Əliyev küçəsinə geriyə dönmə yeri axşam saat 23:00-dan səhər saat 06:00-a kimi nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanacaq.

BNA-dan Gunaz.az-a bildirilib ki, sürücülərdən bu müddət ərzində Abdulla Şaiq küçəsinə alternativ olaraq Qurban Xəlilov küçəsi və İnşaatçılar prospektindən, Mirzə Fətəli Axundzadə küçəsindən Mirzəağa Əliyev küçəsinə geriyə dönmə yerinə alternativ olaraq isə Nəriman Nərimanov prospektindən istifadə etmələri tövsiyə olunur.

скачать dle 12.1

Şərhlər