SON DƏQİQƏ

Bakıdan Rusiyaya yeni yol çəkilir

Tarix:

13-04-2018, 21:30

/ 10 267 dəfə oxundu.
Bakıdan Rusiyaya yeni yol çəkilir

Bakıdan Rusiya Federasiyasına yeni yolun tikintisinə start verilib. Yolun uzunluğu ümumilikdə 157 km olacaq. Onun əsas özəlliyi yaşayış məntəqələrindən, sənaye müəssisələrindən kənarda yerləşməsi ilə bağlıdır. Bu da yolun daha sürətli olması anlamına gəlir.

Gunaz.az xəbər verir ki, Baki-Rusiya Federasiyasi ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisinə başlanılıb. "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan yeni avtomobil yolu H.Z.Tagiyev qəsəbəsindən başlayır.

Hazırda yolda tikinti-quraşdırma işləri aparılır. Tikinti zamanı əhəmiyyətli elektrik-rabitə xətlərinin, su, beynəlxalq əhəmiyyətli qaz və neft xətlərinin köçürülməsi nəzərdə tutulub.

Yeni inşa edilən 97 kmlik yol sonra Şabran rayonun Qəndob yasayış massivindən Rusiya sərhədinədək uzanan 60 km uzunluğa malik yola birləşəcək. Bununla da yeni avtomobil yolunun uzunlugu 157 km təşkil edəcək.

Yeni yolun bir sıra özəllikləri var. Tikiləcək yolun ətraf mühitə, o cümlədən faunaya mənfi təsirini azaltmaq məqsədilə heyvanlar üçün yolalti keçidlərin tikintisi və səsboğucu qurğularin quraşdirilmasi nəzərdə tutulur.

Əsas qəsəbə və rayon mərkəzlərindən magistrala giris-çıxış yolları çəkiləcək. Yeni avtomobil yolu Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi olduğundan sərnişindaşıma ilə yanaşı, respublikamizin iqtisadi maraqlarına uygun olaraq tranzit yüklərin daşınmasında böyük əhəmiyyə malik olacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ