SON DƏQİQƏ

Seçkilərdə gənclər aktiv iştirak edib

Tarix:

11-04-2018, 18:36

/ 10 299 dəfə oxundu.
Seçkilərdə gənclər aktiv iştirak edib

Mütəqil Azərbaycanda Demokratik seçki sisteminin yaradılması seçkilərin ədalətli və şəffaf şəraitdə keçirilməsinə, mövcud sabitlik və inkişafı isə insanların seçkilərdə fəal iştirakına imkan verir. Bu gün Ölkəmizdə Prezident seçkiləri günüdür. Seçkilərin şəffaf keçirilməsi üçün bütün tədbirlər görülüb. Ölkənin bütün seçki məntəqələrində aktivlik hökm sürür. 

23 saylı Nəsimi-Səbael seçki dairəsinin 4 saylı seçki məntəqəsindən məlumat verən müxbirimiz bildirib ki, seçkilər şəffaf şəkildə davam edir. Seçicilərin rahat, təhlükəsiz səs verməsi üçün bütün imkanlar yaradılıb. Seçkidə üstünlüyü gənclər təşkil edir. Onlar prezidentləri olaraq görmək istədikləri şəxsə səs verdiklərini bildiriblər. Aktivlik hələ də davam edir. 

Qeyd edək ki, ölkə üzrə 175 seçki dairəsi üzrə 5641 seçki məntəqəsi mövcuddur. Prezident seçkilərində səsvermə saat 08:00-da başlayıb 19:00-da sona çatacaq. 

 

Fəridə Qafarova

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ