SON DƏQİQƏ

Ən fəal seçki dairəsinin adı açıqlandı

Tarix:

11-04-2018, 16:52

/ 10 259 dəfə oxundu.
Ən fəal seçki dairəsinin adı açıqlandı

Bu gün keçirilən Azərbaycan Respublikası Prezidentinin seçkilərində seçici fəallığının ən yüksək və ən aşağı olduğu seçki dairələri bəlli olub.

Gunaz.az xəbər verir ki, saat 15:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 14 saylı Xəzər ikinci seçki dairəsidir.

Bu seçki dairəsində qeydiyyatda olan 51 min 117 seçicidən 35 min 135-i (68,73 faiz) artıq səsvermə hüququndan istifadə edib.

Saat 15:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 17 saylı Yasamal üçüncü seçki dairəsidir. Bu seçki dairəsində qeydiyyatda olan 40 min 68 seçicidən 17 min 657-i (44,7 faizi) səsvermədə iştirak edib.

Qeyd edək ki, saat 15:00-a olan məlumata görə, 5 milyon 314 min 365 seçicidən 3 milyon 227 min 817 nəfəri (60,74 faizi) səsvermədə iştirak edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ