SON DƏQİQƏ

BAXCP-nin V qurultayı işə başladı

Tarix:

7-04-2018, 13:19

/ 10 312 dəfə oxundu.
BAXCP-nin V qurultayı işə başladı

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının V qurultayı öz işinə başlayıb.

Gunaz.az xəbər verir ki, ilk olaraq dövlət himni səsləndirilib.

Daha sonra partiya sədri Qüdrət Həsənquliyev çıxış edərək bildirib ki, IV qurultaydan keçən vaxtda məqsəd partiyanın beynəlxalq əlaqələrinin genişləndirilməsi, rayon təşkilatlarının yaradılması olub: "Ötən illər ərzində biz parlament seçkilərinə də qatıldıq. Parlamentdə təmsilçilərimizin sayı artmasa da, iştirakımızı saxlamışıq. Bizim partiya da digər partiyalar kimi dövlət büdcəsindən maliyyə yardımı alır".

O əlavə edib ki, partiyanın qarşısında duran məqsəd demokratiyanın dərinləşməsi, ölkədə çoxpartiyalı sistemin möhkəmlənməsinə dəstək verməkdir: “Azərbaycan Şərq və müsəlman ölkəsidir. Bizdə demokratik ənənələrin yaranması üçün parlamentli respublika ən yaxşı modeldir. Azərbaycanda bu modelə keçmək lazımdır. Biz bu məsələni qaldıranda Gürcüstan və Ermənistanda həmin modelə keçməklə bağlı müzakirələr yox idi. Lakin Gürcüstan artıq bu modeli seçib. Ermənistan da yaxın günlərdə bu sistemə keçəcək”.

Partiya sədri əlavə edib ki, BAXCP ölkədə proporsional seçki sistemi yaradılmasının tərəfdarıdır. O, bu sistemin yaradılacağı təqdirdə, seçicilər fərdlərə deyil, partiyalara və ideyalara səs verəcəyini deyib: “Biz bu seçki sisteminin bərpa edilməsini istəyirik və bu istiqamətdə iş aparırıq”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ