SON DƏQİQƏ
» » “Tibbi sığorta haqqında” qanunda dəyişiklik edildi

“Tibbi sığorta haqqında” qanunda dəyişiklik edildi

Tarix:

3-04-2018, 18:54

/ 10 342 dəfə oxundu.
“Tibbi sığorta haqqında” qanunda dəyişiklik edildi

Milli Məclisin gün keçirilən plenar iclasında “Tibbi sığorta haqqında” qanunda dəyişikliklər bu gün parlamentin plenar iclasında müzakirə olunaraq təsdiq edilib. 

Gunaz.az xəbər verir ki, dəyişikliyə əsasən, mülkiyyət formasından asılı olmayaraq, müəssisə, idarə və təşkilatlar tərəfindən icbari tibbi sığorta müqaviləsinin bağlanılmasından imtina edilməsi, sığorta haqlarının hesablanması üçün məbləğlərin gizlədilməsi və ya aşağı salınması, ödənilməsi müddətlərinin pozulması İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda inzibati məsuliyyət yaradır.

Qeyd edək ki, hazırkı mövcud qanunvericiliyə əsasən, isə bu kimi hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən maliyyə sanksiya tətbiq edilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ