SON DƏQİQƏ

Azərbaycanda yeni medal təsis edilib

Tarix:

3-04-2018, 13:02

/ 10 294 dəfə oxundu.
Azərbaycanda yeni medal təsis edilib

Azərbaycanda "Gəmiçilik sahəsində xidmətlərə görə" medalı təsis olunub.

Gunaz.az bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Qanun layihəsinə əsasən, "Gəmiçilik sahəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı ilə vəzifələrini nümunəvi icra edən, istehsal fəaliyyətində yüksək nəticələr göstərən gəmiçilik sahəsində çalışan işçilər, habelə Azərbaycanda gəmiçilik sahəsinin inkişafı və təkmilləşdirilməsində xüsusi rolu şəxslər təltif ediləcəklər.

Qanun layihəsi səsverməyə qoyularaq qəbul edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ